
ELANLAR
1575
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının onlayn satış sərgisi keçiriləcəkdir.
19.08.2020

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının onlayn satış sərgisi keçiriləcəkdir.
Sərgidə Respublikanın istənilən şəhər və rayonlarında yaşayan rəssamlar iştirak edə bilərlər.
İştirak etmək istəyən yaradıcı şəxslərdən 2 əsərin fotosunu, əsər və özü haqda məlumatı, əlaqə nömrəsi ilə birlikdə resmqalereya@gmail.com mail adresinə göndərməyi xahiş olunur. Son müraciət tarixi: 30.08.2020-ci il.
Satış sərgisinə əsərlər peşəkar komissiya tərəfindən seçiləcək.
Azərbaycan rəssamlarının onlayn satış sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsi ilə izlənilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.