ELANLAR

913

“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində rəssam Səbinə İskəndərin ustad dərsi keçiriləcək.

21.09.2020
“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində rəssam Səbinə İskəndərin ustad dərsi keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq suluboya festivalı çərçivəsində ustad dərsininin növbəti qonağı İWS Azerbaijan cəmiyyətinin sədr müavini rəssam Səbinə İskəndər olacaqdır. 

Nəzərinizə çatdıraq ki, akvarel sevərlər ustad dərsini 25 sentyabr saat 12:00-da Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi, [email protected]) üzərindən canlı yayımla, daha sonra  Azərbaycan Dövlət Rəsm Qalereyası www.azgallery.az və Xətai Sənət Mərkəzinin  www.xsm.az saytı vasitəsilə izləyə bilərlər.   

Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan yerli  və  xarici  rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilir.