ELANLAR

1421

“VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsi elan olunur.

10.11.2020
“VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsi elan olunur.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində vətənə məhəbbət hisslərini aşılamaq, Azərbaycanı gənc nəslə tanıtmaq, bugünkü vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin, vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tabloda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədi ilə “VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsi elan olunur.

 Qeydiyyat üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Vətənim Azərbaycan” və ya http://xsm.az/site/vetenimazerbaycan/  linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.

 

Tövsiyə olunan mövzular:

  • Azərbaycanın atributlarının və yaşadığınız bölgənin (rayonun, kəndin) simvolunun təsviri;
  • Hərbi vətənpərvərlik mövzusu və Qarabağ müharibəsi qəhrəmanlıq səhnələrinin təsviri;
  • İşğalda olan və azad olunmuş vətən torpaqlarının dünəninin və bu günün təsviri;
  • İşğaldan sonra yenidən qurulacaq bölgələrimizi görmək istədiyiniz kimi təsviri;
  • Bir vətən övladının vətəninə məhəbbətini, birlik və həmrəyliyinin təsviri;
  • Azad olunmuş torpaqlarda törədilmiş erməni vandalizmin təsviri;
  • Vətənimizin təbiət mənzərələrinin (bulaq, şəlalə, dağ, meşə, çay) təsviri;
  • Azərbaycanın tarixi abidələri, yerli mətbəx nümunələri, musiqi və müxtəlif sənət alətlərinin təsviri;
  • Vətən müharibəsi qəhrəmanları və dahi şəxsiyyətlərin obrazlarının təsviri;
  • Yaşayış bölgəsinin, məhəllənin, küçənin, həyətin və təbiətin təsviri;
  • Müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, üzümçü, sürücü, bənna, müəllim və s.) obrazlarının və sənət nümunələrinin təsviri     

 

Müsabiqə üçün qeydiyyat 2020-ci il dekabrın ayının 10-dək aparılacaq.

  • Seçim iki yaş kateqoriyası üzrə keçiriləcək: 12 yaşa qədər, 12-17 yaş arası, 17-21 yaş arası
  • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Uşaqların əl  işlərinə  kənar  müdaxilənin  (müəllimlərin,  valideynlərin)  olmamasını  və   yeni   yaradılmış  əsərlərin  təqdim  olunmasını  arzu 
  • I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.
  • Müsabiqə seçimlərindən narazı olan (müəllim, valideyn  və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində [email protected]mail adresinə müraciət edə bilər.

 

Təşkilat komitəsinin təyin etdiyi müəyyən bir zamanda gəlib seçim komissiya üzvünün nəzarətində özünü təsdiq edə bilər.

 

     Mükafatlandırma fondu 

  • Ən fəal 1 tədris müəssisəsinin kollektiv sərgisi
  • Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi

 

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

 

Qeyd:Tədbir “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn davam etdiriləcəkdir.


Mətbuat dəstəkçiləri: Azərtac, LiderTV, Olaylar, Mədəniyyət qəzeti,

Edumap,Eduonline.az, Frame.az və Tanışolaq jurnalıdır.

 

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.