ELANLAR

432

“VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatdı.

16.12.2020
“VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatdı.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində vətənə məhəbbət hisslərini aşılamaq, Azərbaycanı gənc nəslə tanıtmaq, bugünkü vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin, vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tabloda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədi ilə elan olunmuş “VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatdı.

Müsabiqəyə 3 yaş qrupu üzrə - 12 yaşa qədər, 12-17 yaş arası və 17 -21 yaş  qrupları olmaqla, Respublikamızın müxtəlif guşələrindən 1000-ə yaxın uşaq və yeniyetmə qatılmşdır.

Əvvəlcədən qeyd olunduğu kimi, seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi , ideya, mövzu, kənar müdaxilə (müəllim, valideyn)  nəzərə alınacaq və “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri  səbəbi ilə tədbir onlayn davam etdiriləcəkdir.

Seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

Onlayn sərgi və əlavə məlumatlar Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin sayt və sosial media (facebook, instagram və youtube  üzərində paylaşılacaq və Respublikanın müxtəlif mətbuat orqanlarında yayımlanacaq.