ELANLAR

1362

20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi keçiriləcək

18.01.2021
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 20 yanvar saat 18:00-da 20 Yanvar faciəsinə həsr olunmuş “Şanlı Tarix” adlı virtual sərgi keçiriləcək.  

Sərgi xalqımızın qəhrəmanlıq salnaməsi, milli məfkurəmizin oyanışı, Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirən qəhrəmanların rəşadətini və faciələrinin real görüntüsünü nümayiş etdirmək məqsədilə həyata keçirilir.  

Virtual Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus Faiq Əhmədov, Əyyub Hüseynov, Rafael Muradov, Nazim Rəhmanovun 20 Yanvar faciəsinə həsr olunmuş əsərləri sərgilənəcək.

Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.