ELANLAR

1269

Rəssam Natiq Kamalın “Digitalart-lab” layihəsinin iştirakçıları üçün “Game promo-art” mövzusunda praktiki dərsi baş tutacaq

04.02.2021
Rəssam Natiq Kamalın “Digitalart-lab” layihəsinin iştirakçıları üçün “Game promo-art” mövzusunda praktiki dərsi baş tutacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 5 fevral saat 19:00-da rəssam Natiq Kamalın “Digitalart-lab” layihəsinin iştirakçıları üçün “Game promo-art” mövzusunda praktiki dərsi baş tutacaq.

“Game promo-art” video oyun inkişafını dəstəkləyən yaradıcı sənayənin  bir qolu sayılır. İnkişaf prosesindən əvvəl personajların, mühitin və obyektlərin üst-üstə düşənm şəkillərini hazırlayaraq prosesin gedişatını istiqamətləndirir. "Proqramlaşdırma sənəti" olaraq da bilinən konseptual dizaynların inkişafı vizual sənət mütəxəssisləri tərəfindən maraqla qarşılanır.

Layihənin iştirakçıları “zoom” proqramı vasitəsilə Azərbaycanda yeni inkişaf edən bu sahə və digital sənətin bir növü haqqıda istedadlı rəssam Natiq Kamalın onlayn praktiki dərsində məlumat əldə edəcəklər.

Rəssam Natiq Kamal tərəfindən keçiriləcək praktiki dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.