ELANLAR

1279

“Digitalart-lab” layihəsi çərçivəsində ustad dərsləri davam edir

18.02.2021
“Digitalart-lab” layihəsi çərçivəsində ustad dərsləri davam edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 19 fevral saat 20:00-da “Digitalart-lab” layihəsi iştirakçılarının qrafik dizayner və illüstrator Mahir Qafarov ilə “Zoom” proqramı vasitəsilə görüşü baş tutacaq.

Mahir Qafarov 1990-cı ildə Bakı şəhərində doğulmuşdur. Rəssam 2007-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsinin “Qrafika” ixtisasında bakalavr, 2012-2014-cü illərdə magistratura təhsili almışdır. O, 2014-cü ildən qrafik dizayner və illüstrator kimi çalışmağa başlamışdır. Bir çox reklam layihələrində “storyboard artist” kimi işləmiş, o cümlədən bir neçə tammetrajlı və animasiya filmlərində “storyboard artist”, “character artist”, “environment artist”  kimi çalışmışdır.

“Digitalart-lab” layihəsinin növbəti görüşü Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.