ELANLAR

1267

“Digitalart-lab” layihəsinin növbəti qonağı Kanadada yaşayan rəssam Hacı Qədirov olacaq

10.03.2021
“Digitalart-lab” layihəsinin növbəti qonağı Kanadada yaşayan rəssam Hacı Qədirov olacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 13 mart tarixində saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində vizual effektlər üzrə rəssam Hacı Qədirovun ustad dərsi baş tutacaq.

Ustad dərsi rəqəmsal incəsənətin yeni sahəsi kimi film, oyun sənayesində  istifadə edilən vizual effektlərin tətbiqini, bu sahədə olan müasir alətlər və metodları göstərmək məqsədilə keçiriləcək.

Kanadada yaşayan rəssam Hacı Qədirov “Justice League”, “Underwater”, “Godzilla King of Monsters”, “Aquaman”, “X-Men”, “Dark Phoenix” və digər xarici filmlərdə “FX artist” kimi çalışmışdır. 

Ustad dərsinin “Zoom” proqramı vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.

Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.