ELANLAR

613

“Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi üçün əsərlərin qəbulu elan edilir

10.03.2021
“Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi üçün əsərlərin qəbulu elan edilir

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan ordusunun rəşadət və qəhrəmanlığına həsr olunmuş əsərlərdən ibarət “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi təşkil olunacaqdır.

Xahiş edirik mövzu ilə bağlı əsərlərinizin fotoşəkillərini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri və icra texnikasını qeyd etməklə [email protected] elektron-poçt ünvanımıza göndərəsiniz.

Əsərlərin qəbulu 2021-ci il 23 aprel tarixinədək aparılacaqdır.

Əlavə məlumat üçün  Elçin Hüseynli 077 717 33 37