ELANLAR

792

Novruz bayramı münasibətilə keçiriləcək onlayn satış sərgisi üçün əsərlərin qəbulu elan edilir.

11.03.2021
Novruz bayramı münasibətilə keçiriləcək onlayn satış sərgisi üçün əsərlərin qəbulu elan edilir.

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rəssamların onlayn satış sərgisi təşkil olunacaqdır.

Sərgiyə 18 yaşdan yuxarı iştirakçıların Novruz bayramı ilə bağlı milli adət-ənənələrimizi əhatə edən mövzularda qrafika, rəngkarlıq, dekorativ tətbiqi sənət və heykəltəraşlıq əsərləri qəbul olunur.

Xahiş edirik mövzu ilə bağlı əsərlərinizin keyfiyyətli fotoşəkilini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri, icra texnikası və qiymətini qeyd etməklə [email protected] elektron-poçt ünvanımıza göndərəsiniz.

Zəhmət olmasa, emailinizi “Novruz sərgisi” başlığı altında göndərəsiniz.

Əsərlərin qəbulu 2021-ci il 16 mart tarixinədək aparılacaqdır.

Əlavə məlumat üçün  Elçin Hüseyn 077 717 33 37