ELANLAR

824

“AXIN” rəssamlara dəstək yarmarkası təşkil olunacaq

22.05.2021
“AXIN” rəssamlara dəstək yarmarkası təşkil olunacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bravo marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 23-29 may tarixlərində “AXIN” rəssamlara dəstək yarmarkası təşkil olunacaqdır.

Yarmarkada Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN” qrupunun rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və dts nümunələrinin  satışı ilə yanaşı, müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar da (canlı naturadan karikatura və portret çəkilişi, ebru sənəti üzrə ustad dərslər, müxtəlif vorkşoplar və.s) keçiriləcəkdir.

Satış festival-yarmarkası rəssamlara dəstək məqsədilə  saat 17:00-dan 20:00-a kimi Koroğlu m/s yaxınlığında yerləşən Bravo hipermarketdə keçiriləcək.