Ana səhifəElanlar sa sa 431
“Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi keçiriləcək “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi keçiriləcək İyn 02, 2021 | 10:27

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 4 iyun 2021-ci il tarixində saat 20:00-da “Böyük qayıdış. Həsrətin sonu” adlı virtual sərgi təşkil olunacaqdır.

Sərgi işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan ordusunun göstərdiyi rəşadət və qəhrəmanlığa həsr olunacaq.   

Sərginin virtual ekspozisiyasında Elçin Mustafayev, Şəhla Qəhrəmanlı, Fərhad Yalquzaq, Ayan Əziz Məmmədova, Nərmin Hüseynova, Emin Seyidov, Lalə Hüseynova, Rahib Qarayev, Leyla Altunay və bir çox rəssamların əsərləri yer alacaqdır.   

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri virtual sərgini izləməyə dəvət edir.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkün olacaqdır. 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook