ELANLAR

1372

“Mənim düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsi elan olunur

17.06.2021
“Mənim  düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsi elan olunur

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı  ilə “Nizami Gəncəvi İli" çərçivəsində yay tətilində rəssamlıq istedadı olan  uşaq və gənclərin diqqətini çəkən mənzərə, hadisə və  əşyaların  öz düşüncələri ilə təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə “Mənim  düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsi elan olunur. Yaşı 21-ə qədər olan istetadlı şəxslər 2021-ci ilin oktyabr ayının 10-dək Bakı Xətai Sənət Mərkəzi facebook qrupuna (https://www.facebook.com/groups/144172178999749/?ref=sharetəqdim etdiyi əsərin  fotosunu, əsərin adını, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə  qatıla bilərlər.

  • Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.
  • Mövzu sərbəstdir.

Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək.

Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

  • Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
  • Sərgilənməmiş - yeni əsərlər görmək istərdik.
  • Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.
  • Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası
  • I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.
  • Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn  və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində  [email protected] e-mail ünvanına müraciət  edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.
  • Əlavə suallara 051 310 74 01 whatsapp nömrəsinə yazaraq cavab almaq olar.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

    Mükafatlandırma fondu 

  • Ən fəal tədris müəssəsinin kollektiv sərgisi
  • Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi

Qeyd: Tədbir “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn davam etdiriləcəkdir.

Mətbuat dəstəkçiləri: Azərtac, Olaylar, Mədəniyyət qəzeti, Edumap, Eduonline.az, Frame.az, Azpress.az  və Tanışolaq jurnalıdır.

 Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək.