ELANLAR

566

Suluboya rəssamlarının əsərlərindən ibarət “Su və rəng ahəngi-2021” adlı sərgi açılacaq.

17.06.2021
Suluboya rəssamlarının əsərlərindən ibarət “Su və rəng ahəngi-2021” adlı sərgi açılacaq.

“IWS Globe” beynəlxalq suluboya cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “IWS Baku Khatai Art Gallery”nın təşkilatçılığı ilə “Su və rəng ahəngi-2021” adlı sərgi açılacaq. 

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə keçiriləcək.  

Sərgiyə 18 yaşdan yuxarı rəssamlar qatıla bilər. Bütün işlər suluboya ilə yerinə yetirilməli, orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. Sərgi üçün işlər “IWS Azerbaijan” akvarel cəmiyyətinin bədii şurası tərəfindən seçiləcək. Sərgidə iştirak etmək istəyən rəssamlar işlərinin fotolarını 30 iyun tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.   

“Su və rəng ahəngi-2021” adlı sərgidə iştirak edəcək rəssamların siyahısı 3 iyul tarixində Xətai Sənət Mərkəzinin “Facebook” və “İnstagram” səhifələrində paylaşılacaq.

Seçilmiş əsərlər 10 iyul tarixinə qədər Xətai Sənət Mərkəzində yerləşən “İWS Baku Khatai Art Center”-ə təhvil verilməlidir.

Sərginin 15 iyul tarixində Xətai Sənət Mərkəzində keçirilməsi nəzərdə tutulub.