ELANLAR

1456

2022-ci ildə Çin Xalq Respublikasında 9-cu Pekin Beynəlxalq İncəsənət Biennalesi keçiriləcək.

08.07.2021
2022-ci ildə Çin Xalq Respublikasında 9-cu Pekin Beynəlxalq İncəsənət Biennalesi keçiriləcək.

2003-cü ildən start verilən Pekin Beynəlxalq İncəsənət Biennalesi Çin Dövlət Şurası və Mərkəzi Hökümət tərəfindən təsdiqlənmiş böyük bir layihədir. Pekin Biennalesi müasir sənət sərgiləri ilə qlobal harmoniyanı təbliğ edir, qərb və şərq mədəniyyətlərini birləşdirir, beləliklə dünya miqyasında sənətkarlara dəstək olur. Sərginin keçirilməsi 2022-ci il 18 yanvar-1 mart tarixlərində nəzərdə tutulmuşdur. Sərgi Çin Milli Sənət Muzeyi, Pekin (əsas məkan) və 2022 Olimpiya və Paralimpiya Qış Oyunlarının qeyri-idman stadionlarında (filial yerləri) təşkil olunacaqdır. Sərginin ümumi mövzusu “Həyat işığı” başlığı altında gedir. Sərginin mövzusu sülhü, birliyi, dostluğu və parlaqlığı simvolizə edir. Sərgidə müasir incəsənəti müxtəlif sənət əsərləri ilə təbliğ etmək məqsədilə rəsm, heykəltəraşlıq, instalyasiya və video nümunələr də daxil olmaqla fərqli xüsusiyyətlərə sahib əsərlər nümayiş olunacaq.
9-cu Pekin Biennalesində iştirak etmək istəyənlər ətraflı məlumat üçün aşağıdakı linklər vasitəsilə keçid edə bilərlər.
Beynəlxalq sənətçilər üçün e-poçt:
Asiyadan olan sənətçilər üçün: [email protected]
Avropadan olan sənətçilər üçün: [email protected]
Afrika və Amerikadan olan sənətçilər üçün: [email protected]
Tel: 86-10-59759382, 59759383, 59759391
Faks: 86-10-59759381
Veb səhifə: www.bjbiennale.com.cn (həm İngilis, həm də Çin veb saytlarına giriş)

Formların yüklənmə ünvanı: http://www.bjbiennale.com.cn/en/ParticipationWay/
E-poçt: [email protected] (Zəhmət olmasa E-poçt mövzusunda milliyətinizi qeyd edin)
Son müraciət tarixi: 31 avqust 2021-ci il