ELANLAR

1256

İncəsənət əsərlərinin onlayn auksionu keçiriləcək.

22.12.2021
İncəsənət əsərlərinin onlayn auksionu keçiriləcək.
“Auction Baku” MMC şirkətinin təşkilatçılığı ilə 2022-ci il 10 yanvar tarixində Azərbaycanda incəsənət əsərlərinin onlayn auksionu keçiriləcək.
Növbəti auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayesinin rolunu artırmaq məqsədilə həyata keçiriləcək.
Xatırladaq ki, tədbir bütün dünyada geniş vüsət alan COVID-19 pandemiyasından sonra ölkəmizdə təşkil ediləcək ilk onlayn auksion olacaq.
Azərbaycan Dövlət Rəsm Qalereyası auksionun təşkilinə metodiki dəstək göstərir.
Onlayn auksionda aşağıdakı əsərlər hərraca çıxarılacaq. Hərracda iştirak etmək istəyən şəxslər “Auction Baku” MMC-nin sosial şəbəkədəki hesablarını izləyə bilərlər.
LOT-1 - Mikayıl Abdullayev "Mənzərə"
Lot-2 - Mahmud Rüstəmov "Glamours genetics n-:2"
Lot-3 - Rəşad Cabarov “Pişiklə söhbət”
Lot-4 - Fərman Qulamov “Dəniz yaxınlığında”
Lot-5 - Bəhruz Kuul “Cənnətdən bir parça”
Lot-6 - Səmədağa Cəfərov
Lot-7 - Namiq Məmmədov “Ağ çiçəklər”
Lot-8 - Namiq Məmmədov “Dua”
Lot-9 - Həmzə Abdullayev “Liman”
Lot-10 - Səmədağa Cəfərov
Lot-11- Bəxtiyar Yusufov “Acı bibər”
Lot-12 - Əliabbas Kərimov “Gəmi”
Lot-13 – Mirazər Abdullayev “Sirr”
Lot-14 –İlham Mirzəyev “Ana məhəbbəti”
Lot-15- Vüqar Əli “Nəğmə”