ELANLAR

1370

2 Fevral - Gənclər Gününə həsr olunmuş “AXIN” adlı sərgi keçiriləcək

13.01.2022
2 Fevral - Gənclər Gününə həsr olunmuş “AXIN” adlı sərgi keçiriləcək

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş “AXIN” adlı sərginin keçirilməsi planlaşdırılır.

Sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi,  bədii-estetik zövqünün formalaşdırılması məqsədilə keçiriləcək.

Sərgidə iştirak etmək istəyən rəssamlardan 24 yanvar tarixinədək öz yaradıcılıqlarını əks etdirən sərbəst mövzulu rəsmlərini, “AXIN” kart nömrəsi, əlaqə nömrəsi, rəsmin adı, ölçüsü, texnikası, satılırsa qiyməti ilə birgə [email protected] ünvanına göndərmələri xahiş edilir.