ELANLAR

899

“AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALIna start verilir

25.02.2022
“AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALIna start verilir

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi,  Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “ŞUŞA İli” çərçivəsində uşaqlar, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədi ilə “AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALIna start verilir və festival çərçivəsində müsabiqə elan olunur: Yaşı 21-ə qədər olan istedadlı şəxslər 2022-ci ilin may ayının 2-dək Xətai Sənət Mərkəzinin "facebook" qrupunda (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim etdiyi əsərin  fotosu, əsərin adı, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilərlər.        

Əsərlər  "facebook" qrupunda tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.

  • Mövzu sərbəstdir.

Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək.

Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

  • Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
  • Sərgilənməmiş - yeni əsərlər görmək istərdik.
  • Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.
  • Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası.
  • I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.
  • Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində  [email protected] e-mail ünvanına müraciət  edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.
  • Əlavə suallara 051-310-74-01 whatsapp nömrəsinə yazaraq cavab almaq olar.
  • Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

 

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq.

Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

 

  • Festivalın gündəliyi:
    10.00 – Canlı şəkil çəkmək
    11:30 – Furşet
    12:00 – Muzeyə getmək
    14:00 – Günorta yeməyi
    15:30 –Musiqili mükafatlandırma mərasimi və festivalın bağlanışı
  •   Xətai Sənət Mərkəzi tərəfindən ayrılan mükafatlandırma fondu:

16-21 yaş üçün

I yer – Artcreation yağlı boya dəsti (12x40ml)

II yer –  Taxta molbert

III yer – Artcreation yağlı boya dəsti (24x12ml)

Həvəsləndirici mükafat 8 nəfər – Artcreation yağlı boya dəsti (8x12ml)

 

11-16 yaş arası

I yer –  Taxta molbert

II yer – Artcreation akril dəsti (24x12ml)

III yer – Artcreation sulu boya dəsti  (12x12ml)

Həvəsləndirici mükafat 8 nəfər – Artcreation akril dəsti  (8x12ml)

 

11 yaşa qədər

I yer – Taxta molbert (balacalar üçün)

II yer – Akril dəsti (12x12ml)

III yer – Artcreation sulu boya dəsti (8x12ml)

Həvəsləndirici mükafat 8 nəfər – Artcreation sulu boya dəsti (6x10ml)

Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

Mətbuat dəstəkçiləri: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı.

Tədbiri dəstəkçisi Hollandiyanın boya markası olan “Royal&Talens”in Artcreation brendidir.