ELANLAR

1644

“XATİRƏLƏRDƏ QALAN OYUNCAQLAR”adlı uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq.

03.03.2022
“XATİRƏLƏRDƏ QALAN OYUNCAQLAR”adlı uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunmuş “XATİRƏLƏRDƏ QALAN OYUNCAQLAR” adlı uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatmışdır.

Müsabiqəyə 250-dən çox ünvandan, 1000-dən çox nümunələr təqdim olunmuşdur.

Tədbirdə ən azı 3 əsəri ilə təqdim olunan tədris mərkəzləri aşağıdakılardır:

  • Lənkəran şəhər 6 nömrəli məktəb - lisey
  • 147 nömrəli Texniki - Humanitar lisey
  • Ağdam rayon 34 nömrəli tam orta məktəb
  • Lənkəran rayon Liman şəhər İ.Mahmudov adına 1 nömrəli tam orta məktəb
  • 2 nömrəli İncəsənət Məktəbi
  • Buzovna qəsəbəsi 4 nömrəli Uşaq İncəsənət Məktəbi
  • Cəbrayıl rayonu V.Hüseynov adına Daşkəsən kənd məktəbi
  • Masallı şəhər 11 illik İncəsənət Məktəbi
  • Edugrata Təhsil Mərkəzi
  • Məqsəd Tədris Mərkəzi
  • Qax rayonu Uşaq İncəsənət Məktəbi
  • Qazax Dövlət Rəsm Qalereyası
  • Qobustan rayon Cəyirli kənd tam orta məktəb
  • 279 nömrəli məktəb
  • 108 nömrəli məktəb
  • 187 nömrəli məktəb
  • “Palitra” rəsm studiyası
  • H. Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi
  • Balakhanı Creative Center
  • 142 nömrəli məktəb
  • Lənkəran rayon Türkəkəran kəndi ümumi orta məktəb
  • 256 nömrəli məktəb
  • F.Əmirov adına 11illik İncəsənət Məktəbi
  • Kürdəxanı Qəsəbə Mədəniyyət evi
  • Gəncə şəhər Uşaq İncəsənət Məktəbi
  • KamART İncəsənət Qalereyası
  • ADRA
  • Türk Anadolu Liseyi
  • Qobustan kənd məktəbi
  • Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb
  • 243 nömrəli məktəb
  • 269 nömrəli məktəb
  • 23 nömrəli məktəb
  • Lənkəran şəhər Mamusda folklor evi
  • 177 nömrəli məktəb
  • Şamaxı şəhər İTM
  • Gəncə şəhəri İ.Məmmədov adına 27 nömrəli məktəb
  • Hacıqabul rayon 4 nömrəli orta məktəb
  • Masallı rayon Rəssamlıq kursu
  • Şabran P. İdrisov adına tam orta məktəb
  • Şəki rayonu Aşağı Göynük kənd tam orta məktəb
  • Şəki şəhər 12 nömrəli tam orta məktəbi
  • Şəki Çayqaraqoyunlu tam orta məktəb
  • Sumqayıt şəhər 1nömrəli UGİM
  • Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evi
  • Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası
  • Xocavənd 2 nömrəli orta məktəb
  • Yasamal rayonu 53 nömrəli tam orta məktəb

Yuxarıda adları qeyd olunan məktəb, lisey və dərnəklər müsabiqədə fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif olunacaq.

Sərgidə nümayiş olunmaq üçün 900 -dən çox əsər seçilmişdir və adı siyahıda qeyd olunan iştirakçılar əsərlərini 2022-ci il mart ayının 8-i tarixindən Xətai Sənət Mərkəzinin 2-ci mərtəbəsinə təqdim etməlidirlər.

Təqdim olunan əsərlər 11 mart 2022-ci il tarixindən başlayaraq növbəli şəkildə nümayiş olunacaq.

Sərgidən seçilmiş 50-yə yaxın əsər Bakı Dövlət Sirkinin foyesində nümayiş olunacaq və onların müəlliflərinin sirk tamaşasına baxması planlaşdırılır.

Əlavə məlumatlar Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi,instagram-@xetaisenetmerkezi) və Azərbaycan Dövlət Rəsm Qalereyası sosial media hesabları, (facebook-ADRQalereya.az, [email protected]) həmçinin qalereyanın internet saytı (www.azgallery.az)vasitəsilə yayımlanacaq.

Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat veriləcək.

Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun təşkil olunacaq.

Mətbuat dəstəkçiləri: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı

Əsəri sərgilənəcək iştirakçılar siyahısı ilə aşağıdakı linki açmaqla tanış ola bilərsiniz.

https://cloud.mail.ru/public/K1uL/UTuRX4Siw