ELANLAR

1038

"Hisslər və Rəsmlər..." adlı təsviri sənət sərgisinə əsər qəbulu elan edilir.

23.01.2023
"Hisslər və Rəsmlər..." adlı təsviri sənət sərgisinə əsər qəbulu elan edilir.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Hisslər və Rəsmlər" adlı təsviri sənət sərgisinə əsər qəbulu elan edilir.

Sərgidə mövzu, ölçü və texnika sərbəstdir və müsabiqədə 18 yaşdan yuxarı vətəndaşlar iştirak edə bilər.

Sərgiyə təqdim olunan əsər(lər)in fotoları ilə bərabər ad, soyad, əsərin adı, əsərin ölçüsü, texnikası və əlaqə nömrəsinin [email protected] emailinə göndərilməsi xahiş olunur.

Bir müəllif tərəfindən ən çox 3 əsər göndərilə bilər. Əsərlər əvvəlcədən elan olunmuş seçim heyyəti tərəfindən seçiləcək. Müraciət üçün son tarix 25 fevral 2023-cü ildir.

Qeyd edək ki, əsəri seçilmiş müəlliflərin siyahısı Xətai Sənət Mərkəzinin media hesablarında yayımlanacaq. Bir müəllifin 1 və ya 2 əsəri sərgilənə bilər. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq.

Bundan əlavə, sərgidə iştirak edəcək

  1. Ən yaşlı müəllif;
  2. Seçim heyyətinin seçdiyi ən yaxşı əsərin müəllifi;
  3. Ən yaxşı tələbə əsərinin müəllifi;
  4. Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.

 

Əlavə suallar üçün (051) 310 74 01 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Sərginin mətbuat dəstəkçiləri: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac), Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend.az, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı.