ELANLAR

904

“DÜŞÜN VƏ YARAT !” adlı yaradıcılıq müsabiqəsi elan edilir.

24.01.2023
“DÜŞÜN VƏ YARAT !” adlı yaradıcılıq müsabiqəsi elan edilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi çərçivəsində “DÜŞÜN VƏ YARAT !” adlı yaradıcılıq müsabiqəsi elan edilir.

Düşüncənin inkişaf etdirilməsi məqsədilə keçiriləcək müsabiqəyə yaradıcılıq nümunəsi kimi ideyasını əks etdirən təsvir və tətbiqi sənət nümünəsi ilə yanaşı, bir texnoloji sistem təqdim etməklə qatılmaq olar.

Müsabiqədə iştirak etmək üçün 2023-cü il 10 fevral tarixinədək Bakı Xətai Sənət Mərkəzinin Facebook qrupuna daxil olub, (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim edəcəyi əsərin fotosu ilə bərabər əsərin texnikası, materialı, adı, müəllifin adı, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirməklə qoşulmaq mümkündür.

Qeyd edək ki, müasbiqədə 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər

Ölçü və texnika sərbəstdir.

 İştirakçı bir və ya iki əsəri təqdim edə bilər.

 Əsərlər tək-tək yerləşdirilməlidir.

 Müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək.

 Kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.

 Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.

 I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.

 Nümayiş olunan əsərlər geri qaytarılır

 Əlavə suallar və ya seçimlərindən narazı olanlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində (051310 74 01 (whatsapp) nömrəsinə müraciət edə bilərlər.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatlafəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.