ELANLAR

1076

“ÇİÇƏKLƏR” adlı etüd keçiriləcək

26.01.2023
“ÇİÇƏKLƏR” adlı etüd keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “ÇİÇƏKLƏR” adlı etüd keçiriləcək.
2023-cü il fevralın 1-də saat 14:00-da keçiriləcək tədbirdə 15-29 yaş arası rəssam və həvəskarlar iştirak edə bilərlər.
Qeydiyyat üçün iştirakçılar 30 yanvar tarixinə kimi Xətai Sənət Mərkəzinin whatsapp ünvanına
051 310 74 01 ad, soyad və təvəllüd qeyd etməklə müraciət edə bilərlər.
İştirakçılara sertifikatlar təqdim ediləcək.
Texnika və ölçü sərbəstdir.
Etüd Xətai Sənət Mərkəzində keçiriləcək.
 
Mətbuat dəstəkçiləri: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azər tac, Mədəniyyət qəzeti, Azpress. az, Milli .az, Trend news agency, Day. az, Edumap, Edu online .az, Frame. az, xsm.az və Tanışolaq jurnalı