ELANLAR

1536

Baharın rəngləri

17.02.2023
Baharın rəngləri

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı,  Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində baharda təbiətin oyanışını təsvir etmək məqsədilə “Baharın rəngləri” adlı Respublika uşaq rəsm müsabiqəsi üçün əsər qəbulu elan olunur.

Məqsəd uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan gəncliyin formalaşmasına xidmət etməkdən ibarətdir.

 

21 yaşa qədər uşaq və yeniyetmələr Bakı Xətai Sənət Mərkəzi facebook qrupuna daxil olub, (https://www.facebook.com/groups/144172178999749/?ref=share)

təqdim edəcəyi əsərin fotosu ilə bərabər əsərin adı, texnikası,                                                  müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəb və əlaqə nömrəsini                            2023-cü il 2 mart tarixinədək yerləşdirməklə tədbirə qatıla bilərlər.

  • Mövzu: Bahar
  • Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.
  • Seçim zamanı müəllifin yaşı  nəzərə  alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
  • Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
  • Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.
  • Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası.

Əsəri sərgilənəcək müəlliflər və sərgilənən əsərlər Xətai Sənət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının media hesablarında elan olunacaq.

 

Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində [email protected] e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsiflər heyətinin üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.

Əlavə suallara 051 310 74 01 whatsapp nömrəsinə yazaraq cavab almaq olar.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Mətbuat dəstəkçiləri: Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac), Mədəniyyət qəzeti, Milli.az, Trend.az, Azpress, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və “Tanış olaq” jurnalı.