ELANLAR

1444

“Şuşa” adlı sərgi açılacaq

05.05.2023
“Şuşa” adlı sərgi açılacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Muzey Mərkəzinin dəstəyilə 2023-cü ilin 19 may tarixində, Muzey Mərkəzinin sərgi salonunda, “Heydər Əliyev İli” çərçivəsində mədəniyyətimizin beşiyi Şuşa şəhərinə həsr olunmuş “Şuşa” adlı rəssamların sərgisi keçiriləcək.

Dillərə dastan Şuşanın təbiəti, qədim memarlıq abidələri, dahi şəxsiyyətləri nəinki musiqi və ədəbiyyatımızda, eləcə də təsviri sənətin müxtəlif sahələrində rəssamların diqqət mərkəzində olub və daim vəsf edilib. Uzun illər bu sənətkarlar işğal altında qalan şəhəri tərənnüm etməkdən əsla vaz keçməyiblər və nəticədə Azərbaycan incəsənətinə çoxsaylı sənət inciləri bəxş ediblər.

Sərgi qədim Qarabağın, Şuşa şəhərinin illər öncəki və bugünkü vəziyyətini geniş tamaşaçı kütləsinə təqdim etmək, doğma yurdun gözəlliklərinə korifey və müasir rəssamların gözü ilə nəzərə yetirmək imkanı yaratmaq məqsədilə keçiriləcək.

Sərginin ekspozisiyasında 30-a yaxın rəssam, heykəltaraşın müxtəlif üslub və texnikalarda işlənmiş 40-a yaxın rəngkarlıq, heykəltaraşlıq nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunacaqdır.

Sərgi 18:00 da başlayacaq, giriş sərbəstdir.

Tədbirə KİV nümayəndələri də dəvətlidir.