ELANLAR

652

Uşaqlıq duyğularımın rəngləri. ŞOU-SƏRGİ

23.06.2023
Uşaqlıq duyğularımın rəngləri. ŞOU-SƏRGİ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi “Heydər Əliyev ili” çərçivəsində təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədi ilə “UŞAQLIQ DUYĞULARIMIN RƏNGLƏRİ” adlı şou-sərgi üçün əsər qəbulu elan edir. Yaşı 18-dən yuxarı rəssamlar və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər(lər)in fotosu ilə bərabər əsərin adı, soyad, ad,təvəllüd, peşə və əlaqə nömrəsini qeyd edərək [email protected] ünvanına göndərməklə iştirak edə bilər.
Qeyd: Uşaqkən çəkdiyiniz bir rəsm varsa, onunla da qatılmaq olar.
Əsər qəbulu üçün son tarix 5 oktyabr 2023-cü il. Sərgilənən əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim olunacaq. TƏKCƏ UŞAQ KİMİ İŞLƏMƏK YOX, UŞAQ KİMİ DÜŞÜNMƏK LAZIMDIR!