ELANLAR

1221

“MƏNİM DÜŞÜNCƏM” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunur.

06.09.2023
“MƏNİM DÜŞÜNCƏM” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “HEYDƏR ƏLİYEV İli” çərçivəsində gənc nəsildə  kreativ düşüncənin  inkişafına xidmət məqsədi ilə ənənəvi    “MƏNİM DÜŞÜNCƏM” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunur.
9-21 yaş arası yaradıcılıq qabiliyyəti olan şəxslər 2023-cü il  oktyabr ayının 2 -dək əsərinin fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı ,təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini [email protected]  ünvanına göndərməklə müsabiqəyə qatıla bilər.  

  • Seçimdə fərqli fikir və kreativ düşüncəli yaradıcılıq nümunələrinə üstünlük veriləcək.
  • Müsabiqəyə təsviri və tətbiqi sənət nümunəsi ilə yanaşı, bir texnologiya ilə də qatılmaq olar.
  • Təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn,https://azgallery.az ) və əvvəlcə sərgilənməmiş əsərlərə üstünlük veriləcək.
  • Seçim müəlliflərin yaşı nəzərə alınmaqla aparılacaq.
  • Mövzu, ölçü və texnika sərbəstdir.
  • Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalı, maksimum 2 əsər göndərilməlidir.
  • Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.
  • Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
  • Əlavə suallar üçün 051-310-74-01 telefon və ya whatsapp
     ünvanına müraciət edə bilərsiniz.

Müsabiqənin sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək.