ELANLAR

825

“Zəfər Günü” adlı virtual sərgi elan olunur.

06.10.2023
“Zəfər Günü” adlı virtual sərgi elan olunur.

Azərbaycan Dövlət Rəsm Qalereyasnın təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmiz münasibəti ilə “Zəfər Günü” adlı virtual sərgi elan olunur.

Bu sərgi Azərbaycanın tərənnümü, o cümlədən, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, milliyyətçilik məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə həyata keçirilir. Sərgidə 18 yaşdan yuxarı olan rəssam və heykəltaraşlar iştirak edə bilər. 2023-cü il 8 noyabr zəfər gününə həsr olunmuş sərgiyə qoşulmaq üçün:

  • əsərinizin keyfiyyətli fotosu,
  • ad,
  • soyad,
  • əsərin adı,
  • texnika və ölçüsü,
  • əlaqə nömrəsi,

məlumatları [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Əsərlərin son qəbul tarixi 22 oktyabrdır.

Sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkələrində yayımlanacaqdır.