ELANLAR

1339

“3 rəngli bayrağım” adlı virtual sərgi elan olunur.

10.10.2023
“3 rəngli bayrağım” adlı virtual sərgi elan olunur.

Azərbaycan Dövlət Rəsm Qalereyasnın təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmiz münasibəti ilə uşaq və yeniyetmələr üçün “3 rəngli bayrağım” adlı virtual sərgi elan olunur.

Bu sərginin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir. Sərgidə 18 yaşa qədər uşaq və yeniyetmələr iştirak edə bilər. 2023-cü il 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar sərgiyə qoşulmaq üçün

  • işlərinizin keyfiyyətli fotosunu
  • ad,
  • soyad,
  • əsərin adı,
  • texnika və ölçüsü,
  • əlaqə nömrəsi ilə birgə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Rəsmlərin son qəbul tarixi 22 oktyabrdır. Sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkələrində yayımlanacaqdır.