ELANLAR

908

"MİNİATÜR ƏSƏRLƏR GUŞƏSİ" yaradıb!

20.10.2023
"MİNİATÜR ƏSƏRLƏR GUŞƏSİ" yaradıb!
Əziz miniatürçü rəssam!
Baxış müxtəlifliyi ilə fərqlənən miniatür əsərləri və ənənə həvəskarlarını bir arada görmək məqsədi ilə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm
Qalereyasının dəstəyi ilə Xətai Sənət Mərkəzi "MİNİATÜR ƏSƏRLƏR GUŞƏSİ" yaradıb.
Guşədə Təbriz, Moğol, Qaşqay, Əfqan(Xorasan) və Səmərqənd məktəbi nümunəsi ilə bərabər müasir rəssamlarımızın əsərləri sərgilənir.
Rəngarəng və rəqabətə açıq çağdaş Azərbaycan miniatürünün təbliği və inkişafı naminə hər bir miniatür üslübunda işləyən rəssamın yaradıcılığını guşədə görmək istərdik! Nəzərinizə çatdıraq ki, guşənin katoloqu dərc olunacaq və rəsmi təqdimatı olacaq.