ELANLAR

915

“BAHARIN RƏNGLƏRİ“ Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirinə qeydiyyat elan olunur.

15.01.2024
“BAHARIN RƏNGLƏRİ“  Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirinə qeydiyyat elan olunur.

     Azərbaycan  Mədəniyyət Nazirliyi, Azərbaycan Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin, bədii zövqün inkişafına xidmət məqsədi ilə “BAHARIN RƏNGLƏRİ” Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirinə qeydiyyat elan olunur.


İştirak üçün 2024-cü il fevral ayının 5-dək 10-21 yaş arası uşaq, yeniyetmə və gənc 
soyad, ad:
təvəllüd:
təhsil aldığı məktəb:
əlaqə:
anketi tamamlayaraq [email protected] adresinə göndərilməlidir.

  • Məktubunuzun cavabında sizin üçün iştirak edəcəyiniz gün və saat moderator tərəfindən təyin olunacaq.
  • Plenerə tək və ya qrup şəklində qoşulmaq olar.
  • Hər kəs yalnız bir dəfə iştirak edə bilər.
  • İştirakçı 2 iş günü ərzində iştirak etmə tarixini dəyişə bilər.
  • İştirakçı akvarel boyaları ilə "BAHAR" mövzusunda bir rəsm əsərini ərsəyə gətirməlidir.
  • Hər bir iştirakçıya standart ölçüdə akvarel kağız tərəfimizdən təqdim olunacaq.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük veriləcək.
  • Ən yaxşı 100 əsər sərgilənmək üçün seçiləcək.
  • Sərgilənəcək əsərlər, müəlliflər və sərginin vaxtı Xətai Sənət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının media hesablarında (facebook, instaqram və s.) paylaşılacaq.
  • Sərginin virtual kataloqu olacaq.
  • Sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin kolleksiyasında saxlanılacaq.
  • Əsəri sərgidə nümayiş olunan müəlliflərə Artcreation brendindən hədiyyə və sertifikat təqdim olunacaq.
  • Əlavə suallar üçün 051-310-74-01 tel/whatsapp.

    Tədbirlər Xətai Sənət Mərkəzində Keçiriləcək.   

Mətbuat dəstəkçiləri: Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı.

Tədbirin dəstəkçisi Hollandiyanın boya markası “Royal&Talens”in Artcreation brendidir.