ELANLAR

310

“BAHARIN RƏNGLƏRİ“ Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirunin yekun sərgisi açılacaq.

02.04.2024
“BAHARIN RƏNGLƏRİ“  Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirunin yekun sərgisi açılacaq.

  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının   dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqün inkişafına xidmət məqsədi ilə  elan  olunmuş “BAHARIN RƏNGLƏRİ“   Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirində 700-dən çox 10-21 yaş arası uşaq, yeniyetmə və gənc 15 nəfərlik qrup şəklində Xətai Sənət Mərkəzində plenerlərdə iştirak etdilər. İştirakçılar akvarellə BAHAR mövzusunda rəsm əsəri ərsəyə gətirdilər və bu əsərlər arasından ən yaxşıları sərgilənmək üçün seçildi.

https://drive.google.com/file/d/1e5yVfLva_9-ur4MHUEksgLkjEjBF4SWA/view?usp=drive_link


Münsiflər heyyəti
Elçin Hüseyn                 Azərbaycan  Dövlət  Rəsm Qalereyası 
Cəlal Ağayev                  Azərbaycan Rəssamlıq Akademiyası
Sübhan Məmmədov    Azərbaycan Rəssamlıq Akademiyası
Zahid Əvəzov                Xətai Sənət Mərkəzi 
Gündüz Həbibov          Xətai Sənət Mərkəzi   
Turnirin yekun sərgisi 13 aprel 2024-cü il saat 15:30-da Xətai Sənət Mərkəzində açılacaq.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük verilmişdir.             
Sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin kolleksiyasında saxlanılacaq.
Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və Hollandiyanın boya markası Artcreation brendindən hədiyyə təqdim olunacaq.               
Gənc dostlar!
Təşkilat Komitəsi turnirə qoşulan iştirakçıları ürəkdən təbrik                         etməklə bərabər, istedadlı insanlarla yan-yana işləmək fürsətinə                                                                   görə hər birinizə  ayrıca minnətdarlıq bildirir.
İştirakınız, bacarıq və istedadlarınızı nümayiş etdirməklə,                                                                 kreativ sənayenin böyüməsinə, mədəni irsin təbliğinə və                                             təsviri sənətin gələcəyinə töhfəsini verəcəyinə inanırıq.