ELANLAR

743

“MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq müsabiqəsi üçün əsər qəbulu elan olunur.

21.10.2024
“MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq müsabiqəsi üçün əsər qəbulu elan olunur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitab mütaliəsinə rəng qatan illüstrasiya ənənəsini unutdurmamaq məqsədilə uşaq, yeniyetmə və gənclər arasında

                  “MÜTALİƏ RUHU”     

adlı respublika yaradıcılıq müsabiqəsi üçün əsər qəbulu elan olunur.

İştirakçılar uşaq və xalq ədəbiyyatında, müəllif əsərləri, həmçinin təbiət və məişət mövzulu ədəbiyyatda bəhs olunan hər hansı səhnə və epizodları xarakterizə edən illüstrasiya və ya miniatür əsər təsvir etməklə müsabiqəyə qoşula bilər.

Əsər qəbulu üçün son tarix :10 dekabr 2024 –cü il

İştirakçı anketi
        əsərin fotosu :
                             əsərin adı:  https://azgallery.azhttps://azgallery.azhttps://azgallery.azhttps://azgallery.az
        soyad ,ad: https://azgallery.azhttps://azgallery.azhttps://azgallery.azhttps://azgallery.az                                     təvəllüd:  https://azgallery.azhttps://azgallery.azhttps://azgallery.azhttps://azgallery.az
        məktəb:  https://azgallery.azhttps://azgallery.azhttps://azgallery.azhttps://azgallery.az.                                      əlaqə :  https://azgallery.azhttps://azgallery.azhttps://azgallery.azhttps://azgallery.az.
Anketin qəbulu ünvanı: mutalieruhu@gmail.com

Qeyd: müəlliflər adlarını qeyd etməklə ortaq (uşaq-müəllim , uşaq-valideyin, dostlar) yaradılmış əsərlər təqdim edə bilər.

Yuxarı yaş qrupu öz arzusu ilə iştirak edə bilər.

Xarici ölkə vətəndaşları müsabiqəyə qoşula bilər.
yanaşma: fərdi, ənənəvi, Azərbaycana xas, müasir-avanqard

Ölçü: 30x40 sm-ə qədər
mövzu, texnika: sərbəst

Müsabiqəyə ən çoxu 2 əsər göndərmək  olar
Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalıdır. 
Münsiflər tərəfindən seçilmiş 100 əsər sərgilənəcək.

Sərgilənən əsərlərin müəlliflərinə sertifikat, fəal məktəblərə         təşəkkürnamə təqdim ediləcək.

Sərgidən seçilən ən yaxsı 20 əsər Xətai Sənət Mərkəzinin daimi ekspozisiyasında 2 həftə boyunca sərgilənəcək.
I,II,III yerlər və həvəsləndici mükafatlar təqdim olunacaq.

 nominasiya mükafatları       

1.ən yaxşı klassik əsər                                    2. ən yaxşı müasir əsər

3.ən yaxşı  milli ruhlu əsər                            4. ən yaxşı rəng həlli

5.ən yaxşı minimalist əsər                             6. ən yaxşı xəyalın təsviri

7.ən yaxşı ilüstrasiya miniatür                     

Sərginin online kataloqu hazırlanacaq.

PLAGİAT OLMAYAN, YENİ NƏFƏS ƏSƏRLƏR GÖRMƏK İSTƏYİRİK!

Əlavə suallar üçün: 051-310-74 01 (tel/whatsapp)
Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.