ELANLAR

247

"ƏLLƏRİN SEHRİ" YARADICILIQ MÜSABİQƏSİNİN YEKUN SƏRGİSİ KEÇİRİLƏCƏK!

22.11.2024
"ƏLLƏRİN SEHRİ" YARADICILIQ MÜSABİQƏSİNİN YEKUN SƏRGİSİ KEÇİRİLƏCƏK!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzi təşkilatçılığə və dəstəyi ilə
"ƏLLƏRİN SEHRİ" YARADICILIQ MÜSABİQƏSİNİN YEKUN SƏRGİSİ
28 noyabr 2024-cü il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.
Müsabiqənin məqsədi gənc heykəltəraşların yaradıcılıq ruhunu dəstəkləmək, asudə vaxtlarını səmərəli təşkil etmək və əl işlərinin dəyərini vurğulamaqdır.
- Müsabiqədə ölkəmizin müxtəlif bölgələrindən 300-ə yaxın iştirakçı öz heykəltəraşlıq işlərini təqdim edib.
- Seçilmiş 140 müəllifin 160-a yaxın əsəri sərgidə nümayiş olunacaq.
- Ən yaxşı 20 əsər sərgidən sonra Xətai Sənət Mərkəzində əlavə 2 həftə nümayiş etdiriləcək.
Təhvil Tarixləri:
25-26-27 noyabr tarixlərində sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin üçüncü mərtəbəsinə təhvil verilməlidir.
Sərgi iştirakçılarına sertifikatlar, yaradıcılıq müəssisələrinə təşəkkürnamələr təqdim olunacaq.
Əlaqə: 051-310-74-01 (tel/whatsapp)
Giriş sərbəstdir. Gənc heykəltəraşların əsərlərini kəşf etmək və sənətə dəstək olmaq istəyən hər kəsi dəvət edirik!