ELANLAR

161

“MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgiləri açılacaq.

08.01.2025
“MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgiləri açılacaq.

Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq  Akademiyası, Azərbaycan Televiziya və  Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Uşaq  Sənəti Qalareyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə kitab mütaliəsinə rəng qatan illüstrasiya ənənəsini unutdurmamaq məqsədilə uşaq, yeniyetmə və gənclər arasında elan olunmuş “MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgiləri açılacaq.

Nəzərinizə çatdıraq ki, müsabiqə üçün ölkəmizin müxtəlif guşələrindən 1500-dən çox iştirakçı 2000-ə yaxın əsər göndərmişdilər.
İlkin seçimlərdə 900 iştirakçının 1100-dən bir qədər çox əsəri sərgilənmək üçün seçildi.
Seçilən əsərlər və müəlliflər: https://online.fliphtml5.com/pwipgj/lgbl/#p=1
Kataloqda yer alan əsərlər 15,16,17.18 yanvar tarixlərində  Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə təqdim olunmalıdır.

Nəzərinizə çatdıraq ki,100 əsər  təqdim olunan əsərlər arasından seçiləcək.
Təqdim olunan əsərin arxasında ad ,soyad qeyd olunmalı və çərçivədə olmalıdır.

Seçilən əsərlər 21,22,23,26,27 yanvar tarixlərində növbəli surətdə Xətai Sənət Mərkəzində sərgilənəcək.

Əsəri sərgilənən müəlliflərə sertifikat, fəal məktəblərə təşəkkürnamə təqdim ediləcək.
Seçim heyəti:
1. Arif Hüseynov - Xalq rəssamı, professor
2. Gündüz Həbibov - Xətai Sənət Mərkəzi, rəssam, pedaqoq
3. Bəfadar Baharov -  Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Baş müəllim

4.Calal Ağayev - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, müəllim
5.İlham İsmayılov  - 2№ İncəsənət Məktəbi, rəssam - pedaqoq
6.Samir Sadıxov - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, dosent
7.Zöhrab Cabbarov - Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Baş müəllim

Təqdim olunan əsərlərin böyük əksəriyyətində xalqımızın ruhunu oxşayan, fərdi, ənənəvi, Azərbaycana xas, müasir-avanqard  yanaşmalarla uşaq və xalq ədəbiyyatı, müəllif əsərləri, həmçinin, təbiət və məişət mövzulu ədəbiyyat nümunələrində bəhs olunan səhnə və epizodları xarakterizə etdirən illüstrasiya və ya miniatür texnikası yönümlü əsərlər çoxluq təşkil edir.

Müəlliflər arasında uşaqlar, yeniyetmələr, gənclər və yuxarı yaş qrupunun nümayəndələri, həmçinin tədbirin qaydalarına uyğun olaraq müəllim və
valideynlərlə ortaq yaradılmış əsərlərlə qoşulan iştirakçılarda yer alır.

Sərgilərdən seçilmiş 100 əsərin Xətai Sənət Mərkəzinin “Miniatür və ilüstrasiya”
guşəsində hissə-hissə sərgilənməsi və respublika səviyyəli tədbirdə

daha geniş ictimayyətə təqdim olunması nəzərdə tutulmuşdur.

Həmçinin, 100 əsərin müəllifləri arasında  I,II,II yerlər, həvəsləndirici

və nominasiya mükafatları təqdim olunacaq.

Tədbirin kitab mütaliəsinə xidmət göstərəcəyinə inanırıq.

Əlavə suallar üçün: 051-310-74 01 tel /whatsapp