ELANLAR

2147

"Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş "Genosid-100" adlı sərgi keçiriləcəkdir.

28.03.2018
"Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş "Genosid-100" adlı sərgi keçiriləcəkdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2018-ci il mart ayının 29-dan aprel ayının 3-dək saat 17:00-da “Qalereya 1969”-da 31 mart "Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş "Genosid-100" adlı sərgi keçiriləcəkdir.
Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamların şəxsi kolleksiyalarından seçilmiş əsərlərdən ibarət sərgi Azərbaycan tarixinin faciəvi səhifələrdən biri kimi daxil olmuş Azərbaycanlıların Soyqırımı günü qurbanlarının xatirəsini yad etmək məqsədi ilə həyata keçirilir. 
100 il bundan öncə mart-aprel aylarında erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Bu hadisələrdən 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən 1918-ci ildə törədilmiş soyqırımı hadisələrinin 100 illiyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən təsdiq edilmişdir.
Sərgidə nümayiş etdirilən əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamların şəxsi kolleskiyasından seçlmişdir. Sərgidə nümyaiş etdirlən əsərlər məzmun və mahiyyət etibarı ilə xalqımızın mübarizə əzmini, faciənin dəhşətlərini, son yüz ildə ermənilər tərəfindən törədilən qanlı faciələrin və məkirli-siyasətin iç üzünü təsviri sənət əsərləri vasitəsilə açıqlayır.