ELANLAR
“İSTEDAD SORAĞINDA-3” yaradıcılıq müsabiqəsini elan edilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, “Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azpress - Video-foto İnformasiya Agentliyinin xəbər saytının informasiya dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində gənclər və tələbələr, eləcə də həvəskar rəssamlar arasında təsviri sənət üzrə “İSTEDAD SORAĞINDA-3” yaradıcılıq müsabiqəsini elan edilmişdir.
Müsabiqənin yekun sərgisi 15 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
16-29 arasında olan gənclər və tələbələr, eləcə də həvəskar rəssamlar arasında keçirilən müsabiqədə məqsəd istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının daha da artırılmasından ibarətdir.
Müsabiqəyə 250-yə yaxın həvəskar və rəssamın, 400-dən çox əsəri ilə qatılmışdır. Yekun sərgidə 60-a yaxın iştirakçının, 70 qədər işinin nümayişi nəzərdə tutulur.
Qaliblər üçün üç əsas mükafat, eləcə də müxtəlif nominasiyalar üzrə arı-ayrı idarə və təşkilatların mükafatlarının verilməsi, eyni zamanda “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulmuşdur.
Sərgilənən əsərlərin müəllifləri diplomla təltif olunacaq.