ELANLAR

2119

Fərhad Əliyevin fərdi sərgisi

08.06.2018
Fərhad Əliyevin fərdi sərgisi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Gəncə Regional Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il 8 iyun tarixində saat 12:00-da Xətai Sənət Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Fərhad Əliyevin fərdi sərgisi keçiriləcəkdir.
Fərhad Əliyev 1954-cü il mayın 5-də Gəncə şəhərində anadan olmuşdur. Rəssam 1971-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. Fərhad Əliyev 1997-2002-ci illərdə Uşaq Rəssamlıq Məktəbində işləmişdir. Rəssamın 1995-ci və 2006-cı illərdə Gəncə şəhərində iki fərdi sərgisi keçirilmişdir.
Fərhad Əliyevin özünəməxsus yaradıcıllıq yolu, qeyri-adi üslubu, ustalığı, fərdi dəst-xətti ilə tanınan əsərləri hər zaman böyük maraqla qarşılanır. 
Sərgi iyun ayının 10-a qədər davam edəcəkdir. 
Sərgiyə giriş sərbəstdir. 
Xətai Sənət Mərkəzinin ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 40G