
ELANLAR
“Azadlıq aşiqləri günü -20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsi elan olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə azadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi və fədakarlığı bir daha unutdurmamaq məqsədi ilə “Azadlıq aşiqləri günü -20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsi elan olunur.
İştirakçı ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə ən çox 3 işinin fotosunu 2018-ci il dekabr ayının 31-dək Xətai Sənət Mərkəzinin whatsapp nömrəsinə 051 310 74 01 göndərməlidir.
- Seçim iki yaş kateqoriyası üzrə aparılacaq: 12 yaş qədər və 12-17 yaş arası
- Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
- Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
- Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
- I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.
- Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal məktəblər tədris mərkəzləri təşəkkürnamə ilə mükafatlandırılacaq.
Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcəkdir.