
ELANLAR
2417
Xalq Rəssamı Tokay Məmmədovun 90 illik yubiley sərgisi açılacaq
25.09.2017

Oktyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində görkəmli heykəltəraş, Xalq Rəssamı, Dövlət mükafatı laureatı Tokay Məmmədovun sərgisi açılacaq.Bu sərgi T.Məmmədovun 90 illik yubileyinə həsr ediləcək.
Xatırladaq ki, T.Məmmədov bu il “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. İyulun 17-də Nizami Kino Mərkəzində T.Məmmədovun anadan olmasının 90 illik yubileyi qeyd olunub.
Sərgi oktyabrın 7-dək davam edəcək
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.