ELANLAR

2091

“MƏN BU YURDUN ÖVLADIYAM” adlı rəsm müsabiqəsi elan olunur

30.05.2019
“MƏN BU YURDUN ÖVLADIYAM” adlı rəsm müsabiqəsi elan olunur

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti, Ağstafa və Şəmkir regional mədəniyyət idarələrinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş Ağstafa, Şəmkir, Qazax, Tovuz, Gədəbəy rayonlarının sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “MƏN BU YURDUN ÖVLADIYAM” adlı rəsm müsabiqəsi elan olunur.

Müsabiqə “İsmayıl Şıxlının 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamının mahiyyətinə uyğun olaraq, dahi yazıçı İsmayıl Şıxlının bədii irsinin təbliği Ağstafa, Şəmkir, Qazax, Tovuz, Gədəbəy rayonlarının sakinləri arasında incəsənətə marağın artırılması, bölgənin mədəni həyatının zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin, vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə keçirilir.

Müsabiqəyə 29 yaşa qədər hər kəs qatıla bilər. Müsabiqədə İştirak etmək istəyənlər Ad və soyad / Təvəllüd / Əlaqə nömrəsi / Oxuduğu məktəbin adını qeyd etməklə 1 əsərini 2019-cu il may ayının 30-dək Qazax Dövlət Rəsm Qalereyasına (ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti 75, əlaqə telefonu 29 51 015) təqdim etməlidir.

Münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin,valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunması arzu edilir.

Müsabiqə iki turdan ibarət olacaqdır.

I turdan keçmiş əsərlər əvvəlcə Qazax Dövlət Rəsm Qalereyasında nümayiş olunacaq və oradan seçilmiş əsərlərdən ibarət ikinci sərgi Bakı şəhərindəki Xətai Sənət Mərkəzində təşkil ediləcəkdir.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

I Yer  - molbert  və yağlı  boya  dəsti

II Yer  - molbert və akril  dəsti

III Yer  - planşetli molbert və sulu  dəsti

 Həvəsləndirici mükafat 10 nəfər - yağlı boya dəsti

Müsabiqədə iştirak etmək istəyənlərə tövsiyyə olunan mövzular:

İsmayıl Şıxlı irsinin təbliği, ədibin əsərlərinə çəkilmiş illüstrasiyalar, İsmayıl Şıxlının özünün və onun əsərlərindəki, obrazların, həmçinin əsərlərdəki məkanların təsviri həmçinin “Dəli Kür” filmindən kadrların və personajların təsviri;

  • Bölgəyə məxsus sənət nümunələri (xalça, dulusçu, misgər);
  • Bölgəyə tarixi abidələri, yerli mətbəx nümunələri;
  • Qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin təsviri;
  • Bölgə üçün xarakterik olan musiqi və müxtəlif sənət alətinin təsviri;
  • Bu bölgədən olan dahi şəxsiyyətlərin obrazlarının təsviri;
  • Hərbi vətənpərvərlik mövzusu;
  • Yaşayış bölgəsinin, məhəllənin, küçənin, həyətin və təbiətin təsviri;