“AXIN” üzvləri üçün “Oriqami” adlı ustad dərs keçirilib

29.02.2020 / Mühazirələr
“AXIN” üzvləri üçün “Oriqami” adlı ustad dərs keçirilib

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “AXIN” üzvləri üçün “Oriqami” adlı ustad dərs keçirilib.
“Oriqami” Yaponiyada kağızdan hazırlanan fiqurların incəsənətidir. Qeyd etmək lazımdır ki, oriqami hazırlamaq üçün kvadratşəkilli kağız parçalarını kəsmədən və yapışdırıcı maddə istifadə etmədən,
sadəcə qatlayaraq düzəltmək mümkündür.
Ustad dərsi Xarici Dillər Universitetinin yapon dili
ixtisası üzrə tələbəsi Mehintac İbrahimova tərəfindən keçirilib.