Azərbaycan rəssamlarının əsərlərində “Evim, Gözəl Evim”

07.04.2020 / Sərgilər
Azərbaycan rəssamlarının əsərlərində “Evim, Gözəl Evim”

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində “Evim, Gözəl Evim” adlı virtual sərgi keçirib.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izoliyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edib.
Virtual sərgi müxtəlif texnikada və məişət mövzusunu əhatə edən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən ibarət olmuşdur.
Sərgidə Adil Hacıyev, Hafiz Zeynalov, Qafar Seyfullayev, İbrahim Rzayev, Məmməd Mustafayev, Böyükağa Mirzəzadə, Tağı Tağıyev, Niyaz Nəcəfov, Fuad Qafarov, Cahangir Rüstəmov, Çingiz Fərzəliyev, Ağa Mehdiyev, Fikrət Bağırov, Həsən Haqverdiyev, Faiq Ağayev kimi Azərbaycanın tanınmış rəssamların əsərləri yer alıb.
Virtual sərgini sənətsevərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləyiblər.