Azərbaycan Dövlət Rəsm Qalereyası onlayn rejimdə fəaliyyətini davam etdirir

07.04.2020 / Mühüm hadisələr
Azərbaycan Dövlət Rəsm Qalereyası onlayn rejimdə fəaliyyətini davam etdirir

Xüsusi karantin dövründə Azərbaycan Dövlət Rəsm Qalereyası fəaliyyətini onlayn rejimdə davam etdirir.

Onlayn keçirilən iclasda Azərbaycan Dövlət Rəsm Qalereyası əməkdaşları sərgi və ekspoziyaların virtual şəkildə həyata keçirilməsi, yeni layihələrin hazırlanması və mövcud layihələrin daha çox ictimaiyyətə yayılması, keyfiyyətin təmin edilməsi, yeni metod və yanaşmların tətbiq olunması istiqamətində müzakirələr aparıblar.

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən  “Evdə Qal-Qalib Gəl! layihəsinə qoşulan rəssamlar öz töhvələrini verməyə davam edirlər.

Bununla yanaşı təsviri sənət tarixi və nəzəriyyəsini əhatə edən onlayn şəkildə mühazirələr sənətsevərlərə təqdim olunur.

Onu da qeyd etmək lazımdır ki, Mədəniyyət Nazirliyinin rəsmi saytında (mct.gov.az) Nazirliyin strukturuna daxil olan qurumların, tabe müəssisə və təşkilatların internet resurslarına asan keçid səhifəsi "Vahid Pəncərə" paneli yaradılıb. Azərbaycan Dövlət Rəsm Qalereyasının elektron resursları da bu paneldə yerləşdirilib.

Qalereyanın fəaliyyəti ilə həm rəsmi sayt və sosial media hesablarından, həm də "Vahid Pəncərə" panelini istifadə edərək izləmək mümkündür.