“Evdə Qal-Qalib Gəl!” çağırışına rəssam İnna Kostina qoşulub

06.04.2020 / Mühüm hadisələr
“Evdə Qal-Qalib Gəl!” çağırışına rəssam İnna Kostina qoşulub

Azərbaycan Dövlət Rəsm Qalereyası Evdə Qal, Evdə yarat! çağrışına uyğun olaraq, rəssamları Evdə Qal-Qalib Gəl! devizi altında birləşməyə yeni virtual layihəyə qoşulmağa dəvət edir. Layihə çərçivəsində  müxtəlif  aksiyalar, rəssamların ustad dərsləri, həmçinin  incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr  keçirilir.  Layihəni qalereyanın sosial media hesabları  və rəsmi saytı (azgallery.az) vasitəsilə izləmək mümkündür.

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə Qal-Qalib Gəl!” çağırışına rəssam İnna Kostina da qoşulub 

Inna Kostina 3 sentyabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1983-cü ildə Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunu bitirmişdir. İnna Kostina 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.  Rəssam 1995-2010-cu illərdə Şəkidə keçirilən illik Beynəlxalq Art-Simpozumların təşkilatçısı və iştirakçısı olmuşdur. O, 1996-2010-cu illərdə Azərbaycan Rəssamlar İttifaqının nəzdində “7 Əlvan kəpənək” Uşaq rəsm studiyasının rəhbəri kimi fəaliyyət göstərmişdir. İnna Kostina 2004-2005-ci illərdə Beynəlxalq “Art-Kafkazus” rəsm yarmarkasının koordinatoru olmuşdur. Inna Kostina 2010-cu ildə İtaliyada keçirilən beynəlxalq sərgidə “Roma 2010” mükafatına layiq görülmüşdür. İnna Kostina 1986-cı ildən 2010-cu ilə kimi 100-dən artıq beynəlxalq rəsm festival və sərgilərdə iştirak etmişdir. Rəssamın 1996-cı ildən 2010-cu ilə kimi 22 fərdi yaradıcılıq sərgisi keçirilmişdir.