XƏBƏRLƏR
Ölkənin mədəni tədbir və layihələrinə daha yaxın olun!
Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ qərargah ölkəmizdə karonavirus pandemiyasının daha çox yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri həyata keçirir. Bu tədbirlərlə parelel olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ona tabe olan qurumlar, muzeylər, qalereyalar vətəndaşların asudə vaxtlarını düzgün istifadə etmək evdə olduğu müddətdə qoşula biləcəkləri müxtəlif layihələr həyata keçirir.
Mədəniyyət Nazirliyinin rəsmi saytı və sosial şəbəkələr vasitəsi ilə artıq yüzlərlə insan bu layihələrə qoşulub öz həmrəyliyini göstəriblər.
Ən əsası siz də bu layihələr haqqında vaxtında xəbərdar olmaq, ölkəmizdə baş tutan mədəniyyət hadisələrinin, tədbirlərin bir parçası olmaq və layihələrin iştirakçısı kimi görünmək istəyirsinizsə Nazirliyin rəsmi saytı və sosial şəbəkələrdəki hesablarını izləməyinizi tövsiyə edirik.
Sayt: www.mct.gov.az
Facebook: https://www.facebook.com/mct.gov.az/
Instagram: @culture.gov.az