“Rəssamın evi” adlı virtual sərgi keçiriləcək

12.04.2020 / Sərgilər
“Rəssamın evi” adlı virtual sərgi keçiriləcək

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində 13 aprel 18:00-da “Rəssamın evi” adlı virtual sərgi təşkil edir.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.
Sərgi müxtəlif texnikada, rəssamların yaradıcı mühitininin təsvirini əhatə edən mövzularda Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən ibarət olacaqdır.
Virtual sərgini sosial media hesablarımız vasitəsilə izləmək mümkündür.