
XƏBƏRLƏR
1561
"Rəssamın evi" adlı virtual sərgi keçirilib
13.04.2020 / Sərgilər

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində 13 aprel 18:00-da “Rəssamın evi” adlı virtual sərgi təşkil edib.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edib.
Sərgi müxtəlif texnikada, rəssamların yaradıcı mühitininin təsvirini əhatə edən mövzularda Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən ibarət olub.
Virtual sərgini sosial media hesablarımız vasitəsilə izləmək mümkündür.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.