Azərbaycanlı rəssam Lalə Hüseynzadə qum üzərində təsvir etdiyi əsəri koronavirus (COVID-19) pandemiyasına həsr edib

16.04.2020 / Mühüm hadisələr
Azərbaycanlı rəssam Lalə Hüseynzadə qum üzərində təsvir etdiyi əsəri koronavirus (COVID-19) pandemiyasına həsr edib

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə Qal-Qalib Gəl!” layihəsinə qoşulan rəssam Lalə Hüseynzadə qum üzərində təsvir etdiyi əsəri bütün dünyanı öz təsirinə alan koronavirus (COVID-19) pandemiyasına həsr edib.

Rəssam qum üzərində işlədiyi əsərdə koronavirus pandemiyasının insan vücuduna təsiri, yayılma prosesini göstərməklə yanaşı  tibb işçilərinin fədakarlığını, bu infeksiya ilə mübarizəsini əks etdirib.

Lalə Hüseynzadə 1992-ci il də Gədəbəy rayonunda hərbiçi ailəsində dünyaya gəlib.  O, 2016-cı il də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” fakültəsinə daxil olmuşdur. 2011-2012-ci il də Azad Azərbaycan kanalında “Tanıdım səni” adlı layihədə birinci yerə layiq görülmüşdür. Lalə Hüseynzadə dövlətimizi xarici ölkələrdə də layiqincə təmsil etmiş, Türkiyənin TV 8 kanalında yayımlanan “Yetenek sizsiniz” verlişinin iştirakçısı olmuşdur.

Rəssam bu əsəri ilə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə Qal-Qalib Gəl!” çağırışına qoşulur.