“Yenə o bağ olaydı” adlı virtual sərgi keçiriləcək

19.04.2020 / Sərgilər
“Yenə o bağ olaydı” adlı virtual sərgi keçiriləcək

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində 20 aprel saat 18:00-da “Yenə o bağ olaydı” adlı virtual sərgi keçirəcək.
Sərgi yazın, baharın, ən əsası bağ mövsümünün gəlişini xüsusi karantin rejimi, mövcud vəziyyətdə qarşılayan, evdə oturmağa məcbur olan insanları virtual şəkildə isti, lirik əhval-ruhiyyəyə kökləmək, evlərinə daşımaq məqsədi ilə həyata keçirilir.
Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus, Azərbaycan rəssamlığının korifey sənətkarlarının əsərləri virtual şəkildə sərgilənəcək.
Səttar Bəhlulzadə, Rasim Babayev, Davud Kazımov, Böyükağa Mirzəzadə, Asəf Cəfərov, Lətif Feyzullayev, Tahir Salahov, Elmira Şahtaxtinskaya, Toğrul Nərimanbəyov və s. kimi rəssamların əsərləri ilə sənətsevərlər virtual şəkildə tanış olacaqlar.
“Yenə o bağ olaydı” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.