
XƏBƏRLƏR
İncəsənət evinizdə-“Yenə o bağ olaydı”

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində 20 aprel saat 18:00-da “Yenə o bağ olaydı” adlı virtual sərgi keçirilib.
Sərgi yazın, baharın ən əsası bağ mövsümünün gəlişini xüsusi karantin rejmi, mövcud vəziyyətdə qarşılayan, evdə oturmağa məcbur olan insanları virtual şəkildə isti, lirik əhval-ruhiyyəyə kökləmək, evlərinə daşımaq məqsədi ilə həyata keçirilib.
Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus, Azərbaycan rəssamlığının korifey sənətkarlarının əsərləri virtual şəkildə sərgilənib.
Səttar Bəhlulzadə, Rasim Babayev, Davud Kazımov, Böyükağa Mirzəzadə, Asəf Cəfərov, Lətif Feyzullayev, Tahir Salahov, Elmira Şahtaxtinskaya, Toğrul Nərimanbəyov və s. kimi rəssamların əsərləri ilə sənətsevərlər virtual şəkildə tanış olublar.
“Yenə o bağ olaydı” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.